04 Oktyabr 2023, 17:18
Azərbaycanda xərçəng xəstəliyi cavanlaşır?
Azərbaycanda xərçəng xəstəliyi cavanlaşır? şəkil
Azərbaycanda xərçəng xəstəliyi cavanlaşır?

Elmi araşdırma göstərib ki, son 30 ildə dünyada yaşı əllidən aşağı olan insanlarda xərçəngə tutulma halları təxminən 80 faiz artıb.

İranın tibb mütəxəssisləri də xərçəng yaşının dünya ortalamasından 10-15 yaş cavanlaşdığını qeyd ediblər.

Bəs ölkəmizdə gənclər arasında xərçəngin artdığı müşahidə edilirmi? 

Bu barədə mammoloq-onkoloq Dr. Afət Cabbarova "Operativ Media"ya açıqlamasında qeyd edib ki, bu fikir müəyyən qədər yanlışdır, çünki hər orqan üzrə cinslərdən asılı olaraq bu rəqəmlər dəyişə bilir:

Afət Cabbarova - YouTube

"Məsələn, süd vəzinin ən yüksək sıxlıqla rast gəlmə yaşı hələ də stabil olaraq 50-55 civarında qalmaqdadır. Amma, gənc xanımlarda rast gəlinən süd vəzi bədxassəli şişlərin də sayı tədricən artır. Bunun tam olaraq nə ilə bağlı olduğunu deyə bilmərik, rast gəlmə tezliyinin artması, diaqnostika üsullarının daha yaxşılaşması, əhalinin maariflənməsi, daha tez həkimə müraciət edilməsi ilə aşkarlanan bu rəqəmlər artmış ola bilər. Ağciyər xərçəngi isə 10-15 il öncə daha yaşlı kateqoriyalı insanlarda rast gəlinirdisə, hazırda daha gənc yaşlarda və qadınlarda daha çox rast gəlməyə başlayıb. Həmçinin ağciyər xərçənginin quruluşca növlərinin paylanmasında da fərqlər var. Bu tendensiyada 10-15 il deyə bilmərik, amma 40-50 yaş aralarında faiz payı bir qədər artıb".

Həkim bildirib ki, gənc yaşlarda yoğun bağırsaq xərçənginin payında da artım müşahidə olunur:

"Bunun oturaq həyat tərzi ilə, qidalanma ilə bağlı olduğu hesab olunur. Digər ginekoloji orqanların şişlərində də cüzi artım var ki, bu, erkən müraciətlə də əlaqəli ola bilər. Lakin bu faiz artımını bütün şiş növlərinə aid etmək doğru deyil. Məsələn, hesab edirəm ki, mədəaltı vəzinin xərçəngi, sümük şişlərinin artımı və cavanlaşmasını mövcud bilinən məlumatlardan fərqli rəqəmlər əsasında olduğunu görə bilmərik".

 

Sevinc İbrahimzadə

Son xəbərlər
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib