Menyu

Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini ilə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini ilə görüşüb
1 dəq oxu

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Batır Amanov ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov özünü "X" hesabında bildirib.

"Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Batır Amanov ilə iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivlərini, birgə layihələrin reallaşdırılması potensialını nəzərdən keçirdik. Azərbaycan və Türkmənistan arasında energetika sahəsində imzalanan sənədlərin əməkdaşlığımıza verdiyi töhfələri vurğuladıq", - o, qeyd edib.

Əlaqəli Xəbərlər