http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 11 ° C

Yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

04 Oktyabr 2023 , 19:13
Yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

Azərbaycanda yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydaları təsdiqlənib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunu həyata keçirmək üçün tətbiq edilən elektron yol vərəqi əsasında həmin nəqliyyat vasitəsi ilə görülən işin və sərf edilən yanacağın həcmi müəyyən edilir.

Yükün daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi bu Qaydaların əlavəsində göstərilən formaya uyğun olaraq tərtib edilən yük avtonəqliyyatı üçün elektron yol vərəqəsi ilə rəsmiləşdirilir. Avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin vəzifəsidir.

Daşınma müqaviləsi, digər qanuni əsaslarla haqq müqabilində və ya özünə məxsus yüklərin daşınmasını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən yüklərin şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və rayonətrafı daşınması zamanı elektron yol vərəqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində yaradılmış “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsistemində Azərbaycan dilində hazırlanır.

Yük avtonəqliyyatı ilə şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və rayonətrafı yüklərin daşınması zamanı daşıyıcı tərəfindən elektron yol vərəqi tərtib edilir.

Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin uçotu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir.

Elektron yol vərəqinin seriyası və nömrəsi “AYNA” informasiya sistemi vasitəsilə verilir və təkrarlanmır.

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • Dünən
    22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • Dünən
    21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • Dünən
    21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • Dünən
    21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • Dünən
    20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
Menyu