Menyu

Paşinyan: Sülh müqaviləsinin imzalanması yaxın gələcəyin işidir

Paşinyan:  Sülh müqaviləsinin imzalanması yaxın gələcəyin işidir

Ermənistanın baş naziri Nikol Paşinyan üç prinsip səsləndirib ki, bunların olacağı təqdirdə İrəvan Bakı ilə sülh sazişi imzalayacaq.

"Operativ Media" xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı bildirib.

"Birincisi, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü bu şəkildə tanımalıdır: Ermənistanın ərazisi 29,8 min kv.km, Azərbaycan ərazisi isə 86,6 min kv.km olaraq qəbul edilməlidir. Alma-Ata Bəyannaməsi sərhədlərin delimitasiyası və sonra demarkasiyası üçün siyasi əsasa çevrilsin. Regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş tutsun. Sülh müqaviləsinin imzalanması yaxın gələcəyin işidir", - deyə hökumət başçısı bildirib. 

Teqlər:

"Pa\u015finyan: S\u00fclh m\u00fcqavil\u0259sinin imzalanmas\u0131 yax\u0131n g\u0259l\u0259c\u0259yin i\u015fidir"

Əlaqəli Xəbərlər