Menyu

Azərbaycanda son sutkada 40 nəfər COVID-19-a yoluxub

Nərmin Qocamanlı
Azərbaycanda son sutkada  40 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Media"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 669 nəfər müalicə olunaraq sağalıb, 9 969 nəfər vəfat edib, aktiv xəstə sayı 251 nəfərdir.

Ölkədə son sutka ərzində 1 571, hazırkı dövrədək isə 7 353 252 test aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər