Menyu

TDT-yə üzv ölkələrin mütəxəssisləri Azərbaycanın qala şəhərləri ilə tanış olacaqlar

TDT-yə üzv ölkələrin mütəxəssisləri Azərbaycanın qala şəhərləri ilə tanış olacaqlar

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mütəxəssisləri Azərbaycanın qala şəhərləri ilə tanış olacaqlar.

"Operativ Media" xəbər verir ki, 09-13 oktyabr 2023-cü il tarixlərində Bakıda baş tutacaq “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqlarının mütəxəssisləri və beynəlxalq təşkilatların nümayəndələri İçərişəhər, Şuşa və Şəki qala şəhərlərini ziyarət edəcəklər.

Ziyarət çərçivəsində tarixi abidələr, eləcə də post-müharibə dövründə aparılan bərpa işləri ilə tanışlıq olacaq.

Xatırladaq ki, “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” beynəlxalq konfransı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə keçiriləcəkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər