Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi
Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Mişel, Fransa prezidenti Makron və Almaniya kansleri Şolz birgə bəyannamə imzalayıblar.
"Operativ Media"nın xəbərinə görə, bəyanatda qeyd edilib ki, onlar Ermənistan (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Onlar həmçinin SSRİ Baş Qərargahının tərəflərə təqdim edilmiş son xəritələri əsasında sərhədlərin delimitasiyası üzrə işlərin təcili aparılmasının zəruriliyini vurğulayıblar ki, bu xəritələr həm də qüvvələrin ayrılması, eləcə də sülhün başa çatdırılması üçün əsas olmalıdır.