http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyə XİN Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab verib

05 Oktyabr 2023 , 21:10
Türkiyə XİN Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab verib

Avropa Parlamentinin (AP) bu gün qəbul etdiyi "Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri" adlı qətnamə məsuliyyətsizlik, qərəz və məlumatsızlıq nümunəsidir.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist və ayrı-seçkilik edən Avropa Parlamenti üzvünün ölkəmizi hədəfə alan ritorikasına əsaslanan bu qərarı qınayırıq.

Populizm, irqçilik, islamofobiya, antimultikulturalizm və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi ilə bağlı arzumuz budur ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibi formalaşsın.

Türkiyə beynəlxalq hüquq normaları çərçivəsində Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması, Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək, sülhün təmin olunması üçün intensiv səylər göstərir. Ukrayna müharibəsi də daxil olmaqla, bütün münaqişə və humanitar böhranların yaşandığı sahələrdə qardaşlıq və ümumi maraqların bərqərar olması üçün bütün imkanlarını səfərbər edir və möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu istiqamətdə çəkisi və səylərindən istifadə olunan fundamental aktordur.

Heç kimin nəzərə almadığı, lakin marjinal seqmentlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin bizə AP qərarı kimi təqdim edilməsini sistem zəifliyi kimi görür və ciddi qəbul etmirik", - bəyanatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 09:21

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:18

    Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb
  • 09:09

    Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
  • 08:54

    2024/2025 mövsümünün qol rekordu qeydə alındı
  • 08:40

    Bakıda sıxlıq olan yollar açıqlanıb
  • 08:30

    Bakı metrosunda yubanma olub
  • 08:03

    Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
  • 07:53

    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Menyu