http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türk dünyası ali məhkəmə sədrlərinin və ədliyyə nazirlərinin görüşü keçiriləcək

05 Oktyabr 2023 , 21:41
Türk dünyası ali məhkəmə sədrlərinin və ədliyyə nazirlərinin görüşü keçiriləcək

“Türk dünyası ali məhkəmə sədrlərinin toplantısı tez bir zamanda baş tutacaq. İnanıram ki, Türk Dövlətləri Təşkilatının ədliyyə nazirlərinin görüşü də tezliklə gerçəkləşəcək”.

"Operativ Media" xəbər verir ki, bunu Ankarada TDT-yə üzv dövlətlərin Türk Dünyası Notariat Birliyinin yaradıldığı tədbirdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir deyib ki, türk dövlətləri ilə bütün sahələrdə əməkdaşlığı artırmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən bidiridir: “Çox məmnunuq ki, türk dövlətləri ilə hüquqi sahədə də əməkdaşlığımızı genişləndiririk. Türk dövlətləri ilə ədliyyə sahəsində, xüsusilə elektron xidmətlərin göstərilməsi, notariat, hüquqşünasların tədrisi və sair sahələrdə səmərəli əməkdaşlıq edirik”.

F.Məmmədov TDT çərçivəsində 20-dən çox yüksək səviyyəli geniş çeşidli toplantıların keçirildiyini deyib.

Bu çərçivədə ədliyyə sahəsində mühüm rolu olan baş prokurorların görüşünün keçirildiyini xatırladan nazir ədalət akademiyalarının tədrisi və hüquq şəbəkəsi yaradıldığını da qeyd edib.

“Bu gün isə biz yeni iqtisadi reallıqlar, çağırışlar, xüsusuilə investisiya mühitinin yaxşılaşdırılmasında getdikcə rolu artan və əhaliyə çoxsaylı, yeni-yeni müasir xidmətlər göstərən notariuslarımızı bir araya gətirib türk dünyası çərçivəsində platforma qəbul etdik. Bu baxımdan mövcud müsbət təcrübələri də bölüşmək nəticə etibarı ilə insanlarımızın bundan faydalnmasına imkan verəcək”, - nazir bildirib.//Report//

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 09:18

    Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb
  • 09:09

    Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
  • 08:54

    2024/2025 mövsümünün qol rekordu qeydə alındı
  • 08:30

    Bakı metrosunda yubanma olub
  • 08:03

    Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
  • 07:53

    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
Menyu