Şarl Mişel Azərbaycana qarşı mümkün sanksiyalarla bağlı suala cavab verməyib
Avropa Şurasının sədri Şarl Mişel jurnalistlərin guya "Qarabağda etnik təmizləmə" baş verəcəyi təqdirdə Avropa İttifaqının (Aİ) Azərbaycana qarşı sanksiyalarının tətbiqinin mümkünlüyü ilə bağlı suallarını cavablandırmaqdan yayınıb.
"Operativ Media" xəbər verir ki, Qranadada Avropa Siyasi Birliyinin sammitindən sonra keçirilən brifinqdə bu sualı cavablandıran Mişel deyib:
"Mənim iki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığım olub və o, Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bildirib".
Mişel Ermənistan və Azərbaycan liderlərini oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşə dəvət etdiyini təsdiqləyib və liderlərin artıq iştirak etməyə hazır olduqlarını vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net