http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İcma: Ermənistan, Aİ, Fransa və Almaniyanın birgə bəyanatı ayrı-seçkilik xarakterlidir

05 Oktyabr 2023 , 23:01
İcma: Ermənistan, Aİ, Fransa və Almaniyanın birgə bəyanatı ayrı-seçkilik xarakterlidir

Qərbi Azərbaycan İcması: Aİ, Fransa və Almaniyanın Qranadada verdikləri bəyanata münasibət bildirib.

"Operativ Media" İcmanın bu məqsədlə hazırladığı bildirişi təqdim edir:

“Biz, Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniyanın liderlərinin 5 oktyabr 2023-cü il tarixində İspaniyanın Qranada şəhərində verdikləri ayrı-seçkilik xarakterli bəyanatla bağlı dərin məyusluğumuzu və narahatlığımızı bildiririk. Onlar Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq üçün bərabər və legitim hüquqlarını tanımaqdan imtina ediblər. Geri qayıtmaq hüququmuzu inkar edən bu yanlış və birtərəfli bəyanat bizim iztirablarımızı dərinləşdirməklə yanaşı, regionda gərginliyi daha da artırır və davamlı sülhün və barışığın əldə edilməsinə mane olur.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistana, Aİ-yə və onun üzv dövlətlərinə müraciət edərək, ata-baba torpaqlarımıza təhlükəsiz və ləyaqətlə qayıtmağımıza imkan yaratmağı xahiş edib. Təəssüflər olsun ki, bu müraciətlərimiz biganəlik və sükutla qarşılanıb. Qranadada yaydıqları qərəzli bəyanat ilə Aİ və onun bəzi üzv dövlətləri Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə faktiki olaraq dəstək veriblər.

Biz Ermənistanı, Aİ-ni, Fransanı və Almaniyanı öz mövqelərinə yenidən baxmağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarını tanımağa çağırırıq”.

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 09:18

    Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb
  • 09:09

    Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
  • 08:54

    2024/2025 mövsümünün qol rekordu qeydə alındı
  • 08:30

    Bakı metrosunda yubanma olub
  • 08:03

    Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
  • 07:53

    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
Menyu