http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rusiya istehsalı saatlı bomba Ruben Vardanyan - ŞƏRH

18 Noyabr 2022 , 17:53
Rusiya istehsalı saatlı bomba Ruben Vardanyan - ŞƏRH

Qoz beli qəbir düzəldər. Bəs erməni xislətini nə düzəldər? Tarix göstərib ki, onları qəbir də düzəltmir. Azərbaycanlılara qarşı tarixən düşmənçilik mövqeyində olmaları bunu açıq-aşkar göstərib. Azərbaycan Qarabağla bağlı məsələləri tam həll etdiyi məqamda da Vardanyan ortaya çıxdı. Daha doğru ortaya atıldı, Rusiya tərəfindən.
Rusiyanın Vardanyan planı və ya Vardanyanın planı haqqında düşünəndə bir məsələ yada düşür. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays belə bir fikir səsləndirdi: “Biz Azərbaycan və Ermənistana sənəd göstərib, bunu imzalayın demirik”.
Prays cənablarının sözünə qüvvət, Azərbaycana Vardanyanı göstərib, bununla danışın, məsləhəti də lazım deyil. Çünki bu, Qarabağ problemi həll edilib. Nə gərək var, qondarma rejimin Arayikinin yerinə Vardanyanı göndərməyə. Onun həyat və fəaliyyətinə baxdıqda Azərbaycana nə cür münasibət göstərməsi aydın olur.
Birincisi, 4 övladından biri, oğlu David Vardanyan qondarma Dağlıq Qarabağın ordusunda xidmət edib. Onun xidmət müddəti 2016-cı il aprel döyüşləri dövründə olub. Düşünün, bu Ruben Vardanyan oğlunu 2016-cı ildə Azərbaycana qarşı müharibədə döyüşməsi üçün böyüdən adamdır. Belə bir məqamda Vardanyanın danışıq adı altında hansı hiyləsinin olması, vaxt ötdükcə Qarabağda canlı bomba rolunu oynayaraq Azərbaycan qanunlarına qarşı çıxması hallarının olacağı ehtimalını artırır. Tarixi keçmişin faktları belə hallarda təkanverici qüvvəyə çevrilir.
İkincisi, Ruben Vardanyanın Mesrop Arakelyanı öz qondarma komandasına daxil etməsi diqqət çəkən məqamlardandır. Həmin bu Mesrop Ermənistanın əmək və sosial məsələlər üzrə naziri olub, istefa verib. Daha sonra parlament seçkilərində iştirak edərkən belə bir fikir bildirmişdi : “Təsəvvür edin ki, artıq "arsax" Ermənistan Respublikasının seçki dairəsi hesab edilmir.”  
İndi siz təsəvvür edin, qondarma artsaxı yəni əsl adı Qarabağ olan bölgəni Ermənistan ərazisi hesab edən bir adam indi Qarabağda Ruben Vardanyanın komandasındadır, bəzi mənbələrə görə hətta köməkçisidir.
Ruben Vardanyan daha bir Azərbaycan əleyhinə mövqeyi ilə tanınan, tanınmayan, qondarma artsaxın nümayəndəsi Lernik Hovhannisyanı da komandasına daxil edib. Bu həmin Lernikdir ki, Laçın şəhəri, Zabux və Sus kəndələrində ucaldılmış erməni milli qəhrəmanlara, qondarma “erməni soyqırımı”na və müxtəlif hadisələrə həsr olunmuş xaç daşları və bəzi digər abidələri evakuasiya edərkən demişdi ki, Xankəndi və ya Ağdərədə “xaçkarlar”ın parkını yaratmağı düşünürlər. Azərbaycan torpaqlarında quraşdırılan abidələri “erməni monumental sənət abidələri” adlandırıb. Burada Azərbaycan xalqının qanına əli bulaşmış ermənilərə ucaldılmış abidələr də vardı.

Bu xüsusi tapşırığlı Ruben Vardanyanın, Forbes-in 2021-ci il hesablamarına görə 1 milyard varidatı var. Rus xalqının və dövlətinin çirkli pullarının hesabına varidatı kimi özünün də həcmi artan bu adam tipik erməni kimi yazıq cildindədir. "Facebook" səhifəsində yazır ki, “Qarabağ xalqının maraqları istisna olmaqla, Qarabağda başqasının maraqlarını güdməkdə ittiham olunmamaq üçün Rusiya vətəndaşlığından imtina etmişəm. İnanıram ki, mən cənab Əliyevin irəli sürdüyü danışıqlar kriteriyasına tam əməl edirəm”
Bayaq dedyim kimi, oğlunu 2016-cı ilə aprel döyüşlərində Azərbaycana qarşı vuruşdurmuş, Qarabağda müharibə olanda ermənilərə silah almış Ruben daha sonra bildirir ki, “müharibə həmişə müharibə ilə qayıdır. Bəzən bu, bir neçə nəsil dəyişikliyindən sonra da olur. Bu gün təcavüz xalqlarımızın gələcək nəsillərinin altına atılmış saatlı bombadır.”
Amma elə sadaladıqlarıma görə saatlı bomba Ruben Vardanyanın özüdür. Rusiyada istehsal olunub. Azərbaycan bu cür istehsal olunan silahlara qarşı yaxşı döyüşüb və qələbə qazanıb.

Samir Cabbarov – Operativ Media. 
 

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
Menyu