Menyu

Milli Məclisin Daxili Nizamnaməsində dəyişiklik edilir

Nərmin Qocamanlı
Milli Məclisin Daxili Nizamnaməsində dəyişiklik edilir

Milli Məclisin Daxili Nizamnaməsində dəyişiklik edilir.

"Operativ Media" xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyası çərçivəsində oktyabrın 6-da keçirilən növbəti plenar iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik Azərbaycan Respublikası Kontitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən edilir.

Dəyişikliklə, Nizamnamədə 15-ci maddənin adına və birinci hissəsinə “hazırlanması” sözündən sonra “, razılaşdırılması” sözləri əlavə edilir. Həmçinin digər dəyişikliklə, 16-cı maddənin birinci hissəsinə “Milli Məclisdə” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri” sözləri əlavə olunur.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsi Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilib.

Uyğunlaşdırma xarakteri daşıyan qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər