http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türk Dövlətləri Təşkilatı notariuslar ittifaqı yaradıb

06 Oktyabr 2023 , 14:04
Türk Dövlətləri Təşkilatı notariuslar ittifaqı yaradıb

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin notariat palatalarının sədrləri tərəfindən "Türk Dünyası Ölkələri Notariatları İttifaqı"nın yaradılması haqqında memorandum imzalanıb.

"Operativ Media" xəbər verir ki, imzalama mərasimində Qazaxıstan, Türkiyə, Özbəkistan, Azərbaycanın ədliyyə nazirləri, Qırğızıstanın ədliyyə nazirliyinin müavini və TDT-nin baş katibi iştirak edib.

Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev birgə çıxışında Türk dünyası ölkələri arasında hüquqi sahədə inkişaf və əməkdaşlığın əhəmiyyətini qeyd edib.

TDT-nin baş katibi Kubanıçbek Omuraliyev də öz növbəsində Notariuslar İttifaqının yaradılmasının TDT ölkələrində sabitliyinin möhkəmlənməsi, eləcə də hüquq və maraqların müdafiəsi üçün mühüm vasitə olacağını vurğulayıb.

Tədbirin iştirakçıları notariat sahəsində əməkdaşlıq məsələlərini, eləcə də qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini və hüquqi xidmətlərin inkişafını müzakirə edib.

Tədbir çərçivəsində Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev Azərbaycan, Türkiyə və Özbəkistanın Qazaxıstanın ədliyyə nazirləri Fikrət Məmmədov, Yılmaz Tunc və Əkbər Taşkulovla ikitərəfli görüşlər keçirib.

Xatırladaq ki, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləridir.

 

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 09:18

    Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb
  • 09:09

    Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
  • 08:54

    2024/2025 mövsümünün qol rekordu qeydə alındı
  • 08:30

    Bakı metrosunda yubanma olub
  • 08:03

    Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
  • 07:53

    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
Menyu