http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

06 Oktyabr 2023 , 16:07
Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.

Nazirlər Kabinetindən "Operativ Media" ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edildi. Dövlət başçıları arasında sıx təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya rəsmi səfəri zamanı prezidentlər tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumun dövlətlərarası əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı qeyd olundu. Eyni zamanda Serbiya Prezidenti Aleksandar Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Baş nazir cari ilin may ayında Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak və çıxış etdiyinə görə Vladimir Orliçə təşəkkürünü bildirdi.

Qeyd olundu ki, Azərbaycan və Serbiya həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

 

Tərəflər ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması istiqamətində əlavə addımların atılması zərurətini təsdiq etdilər. Bu xüsusda cari ilin aprel ayında Belqradda keçirilən birgə Hökumətlərarası komissiyanın 7-ci iclasında əldə olunan razılaşmaların praktiki icrasının vacibliyi vurğulandı.

Energetika sahəsində əməkdaşlığa toxunularaq ötən ilin oktyabr ayında Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti vurğulandı, Bolqarıstan-Serbiya İnterkonnektoru istismara veriləndən sonra Serbiyanın da Azərbaycan qazını ala biləcəyi diqqətə çatdırıldı.

Görüşdə həmçinin iki ölkə arasında nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

OXŞAR XƏBƏRLƏR
BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

XƏBƏR LENTİ
  • 11:22

    Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb
  • 11:13

    Kolleclərə direktor müavinləri təyin olunub
  • 11:09

    DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
  • 11:01

    “Mpay” terminalları artıq Naxçıvanda!
  • 10:50

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 10:45

    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
  • 10:45

    Noyer: "Bavariya" yenidən özünə inam hiss edir
  • 10:39

    Rusiyanın Baş naziri Ermənistana səfər edəcək
Menyu