http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan və Qətər arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

06 Oktyabr 2023 , 17:19
Azərbaycan və Qətər arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

6 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb.

Bu barədə "Operativ Media" ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.

Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin 30 ilə yaxın müddətdə regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində həyata keçirdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.

Qətər tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

XƏBƏR LENTİ
  • 11:22

    Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb
  • 11:13

    Kolleclərə direktor müavinləri təyin olunub
  • 11:09

    DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
  • 11:01

    “Mpay” terminalları artıq Naxçıvanda!
  • 10:50

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 10:45

    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
  • 10:45

    Noyer: "Bavariya" yenidən özünə inam hiss edir
  • 10:39

    Rusiyanın Baş naziri Ermənistana səfər edəcək
Menyu