http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İcma ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatını yersiz hesab edib

06 Oktyabr 2023 , 20:24
İcma ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatını yersiz hesab edib

"Qərbi Azərbaycan İcması ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buhar Osmaninin 2023-cü il 6 oktyabr tarixli açıqlamasını yersiz hesab edir".

"Operativ Media" xəbər verir ki, bu barədə icmanın açıqlamasında bildirilib.

Qeyd edilib ki, bəyanatın ruhundan görünür ki, ATƏT özünün kif basmış, tarixin arxivinə getmiş yanaşmasından hələ də tam xilas olmayıb:

"B.Osmaninin diqqətinə çatdırırıq ki, Azərbaycan ərazisində “Stepanakert” adlı bir ərazi yoxdur. ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycanla “Yerdə beynəlxalq mövcudluq üçün müzakirələr davam etməlidir” tonunda danışması istehza doğurur. “Müstəqil beynəlxalq müşahidə missiyası”dan dəm vuran nazir, hiss olunur ki, bəzi anti-Azərbaycan dairələrin təsirinə düşüb. “Mübahisələrin güc yolu ilə həlli qəbuledilməzdir” deyən ATƏT nəyə görə 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərinin işğalını, etnik təmizləmə siyasətini pisləməyib?

Ermənilərin qayıdışı, onların hüquq və təhlükəsizliyinin qorunmasının Azərbaycanın məsuliyyəti olmasından danışan B.Osmaniyə sual vermək istərdik ki, bəs,Ermənistan necə, deportasiya etdiyi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməməlidir?

Əminik ki, ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan cəmiyyətində ATƏT-in imici barədə kifayət qədər məlumatlıdır və bu mənada, onu öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırırıq", - açıqlamada vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

XƏBƏR LENTİ
  • 11:30

    Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
  • 11:22

    Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb
  • 11:13

    Kolleclərə direktor müavinləri təyin olunub
  • 11:09

    DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
  • 11:01

    “Mpay” terminalları artıq Naxçıvanda!
  • 10:50

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 10:45

    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
  • 10:45

    Noyer: "Bavariya" yenidən özünə inam hiss edir
Menyu