Menyu

İlham Əliyev və İrakli Qaribaşvili Tbilisidə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar - YENİLƏNİB

İlham Əliyev və İrakli Qaribaşvili Tbilisidə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.

"Operativ Media" xəbər verir ki, Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verildi. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.

Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Edurad Şevarnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur.

*** 14:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.

Teqlər:

"\u0130lham \u018fliyev v\u0259 \u0130rakli Qariba\u015fvili Tbilisid\u0259 Heyd\u0259r \u018fliyevin 100 illiyin\u0259 h\u0259sr edilmi\u015f fotos\u0259rgi il\u0259 tan\u0131\u015f olublar - YEN\u0130L\u018fN\u0130B"

Fotogalereya

Əlaqəli Xəbərlər