http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

İlham Əliyev: Ermənistan da razı olarsa, Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə hazırıq

08 Oktyabr 2023 , 15:03
İlham Əliyev: Ermənistan da razı olarsa, Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə hazırıq

“Bəzi ölkələr və bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq”.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda deyib.

“Əgər bu birtərəfli və qərəzli deyilsə, əlbəttə ki, istənilən vasitəçiliyi və yardımı biz qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim və həm tarixi əlaqələri, həm coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Və mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfdən də razılıq olarsa, bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”, - deyə dövlət başçısı əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

XƏBƏR LENTİ
  • 13:24

    Mahmud Əhmədinejad: “Biz anti-İsrail şöbəsi yaratdıq və onun liderinin Mossad agenti olduğu ortaya çıxdı"
  • 13:21

    Sabah hava necə olacaq?
  • 13:19

    VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
  • 13:17

    Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib
  • 13:12

    İran Ermənistanda ticarət evi açıb - VİDEO
  • 13:01

    Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb
  • 12:52

    "Beynəlxalq müqavilələr haqqında" və "Diplomatik xidmət haqqında" qanun layihələri hazırlanacaq
  • 12:47

    VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib
Menyu