Ana səhifə / Siyasət / İsrail xüsusi təyinatlilari HƏMAS komandirinin müavinini həbs edib İsrail xüsusi təyinatlilari HƏMAS komandirinin müavinini həbs edib 09.10.2023, 10:25 Redaksiya İsrail xüsusi təyinatlıları Qəzza zolağında Həmas dəniz qüvvələrinin cənub diviziyasının komandir müavini Məhəmməd Əbu Qalini həbs edib. Əbu Qali İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinə daxil olan Şayet 13 bölməsi tərəfindən əsir götürülüb. "Operativ Media" xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb. Onun hansı şəraitdə saxlanılması barədə məlumat qeyd edilmir. "Şübhəli şəxs həbsdədir və hazırda müdafiə qüvvələrinin nümayəndələri tərəfindən dindirilir", - deyə məlumatda bildirilir. Oktyabrın 7-dən İsrail tərəfi Qəzza zolağında 800-ə yaxın hədəfi vurub. HƏMAS-ın 400 yaraqlısı öldürülüb, onlarla insan həbs edilib. Teqlər: "\u0130srail x\u00fcsusi t\u0259yinatlilari H\u018fMAS komandirinin m\u00fcavinini h\u0259bs edib"