"İsraildə vəziyyət gərginləşmə yolu ilə inkişaf edir və üçüncü qüvvələrin münaqişəyə cəlb olunması riski yüksəkdir".
"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin sözcüsü Dmitri Peskov bildirib.
"Ümumiyyətlə, vəziyyət bizim dərin narahatlığımıza səbəb olur. Biz orada baş verənləri çox diqqətlə izləyirik. Hələlik vəziyyətin gərginləşmə yolu ilə inkişaf etdiyini görürük. Bu münaqişəyə üçüncü qüvvələrin cəlb olunması riski böyükdür", - o, qeyd edib.