http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İsrail səfiri Azərbaycan xalqına təşəkkür edib

09 Oktyabr 2023 , 19:33
İsrail səfiri Azərbaycan xalqına təşəkkür edib

"İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!"

"Operativ Media" xəbər verir ki, bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik son günlər bu ölkədə baş verən hadisələrlə bağlı açıqlamasında deyib.

“Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazası önün gül dəstələrinin düzülməsi isə doğrudan da ürəkaçandır", - səfir bildirib.

Səfir açıqlamada oktyabrın 7-nin Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacağı qeyd olunub. Vurğulayıb ki, HƏMAS terrorçuları İsrail vətəndaşlarını öldürmək, qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərə hücum edərək gözlənilməz müharibəyə başlayıb.

Corc Dik əlavə edib ki, baş verən hadisələr nəticəsində 700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb. Hücumun vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi.

"Bu dəfə də Yaxın Şərq reallığını dəyişəcəyik. Qan vermək üçün gözləyən yüzlərlə israilli var. Yüzlərlə israilli ehtiyac anlarında Cənubda yaşayan xalqına kömək etmək üçün könüllü olaraq çalışır. Orduya qoşulmaq və ədalət uğrunda döyüşmək üçün dünyanın hər yerindən geri uçan insanlar var. Biz öz ailəsini, torpağını qoruyacaq şir millətiyik. Biz qərarlıyıq, biz birik və biz qalib gələcəyik”, - səfir söyləyib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib

Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

XƏBƏR LENTİ
  • 15:32

    Azərbaycan kubokunda mübarizə aparacaq komanda sayı bilindi
  • 15:24

    Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib
  • 15:16

    Oktyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ
  • 15:13

    İrandan Azərbaycana doğru hərəkət edən uçuş aparatı ələ keçirilib
    İrandan Azərbaycana doğru hərəkət edən uçuş aparatı ələ keçirilib
  • 15:02

    Azərbaycanda yaşıl binaların inkişaf konsepsiyasına dair Yol Xəritəsi hazırlanacaq
  • 14:59

    Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər elektron formada həyata keçiriləcək
  • 14:53

    Narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən daha bir sürücü ifşa olunub
  • 14:47

    Azərbaycan qılıncoynadanı Gürcüstanda bürünc medal qazandı
Menyu