Menyu

Ceyhun Bayramov iranlı diplomat ilə Naxçıvanla kommunikasiya bağlantılarını müzakirə edib

Ceyhun Bayramov iranlı diplomat ilə Naxçıvanla kommunikasiya bağlantılarını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfəri ilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

"Operativ Media" xəbər verir ki, görüşdə iqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşdə həmçinin, regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov Ermənistanın siyasi və hərbi təxribatlarına son qoymaq və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək məqsədilə lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər