Menyu

Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası keçirilir

Nərmin Qocamanlı
Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası keçirilir

Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclası başlayıb.

"Operativ Media" xəbər verir ki, toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri və təşkilata üzv olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri və təmsilçiləri iştirak edirlər.

Bundan başqa, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu müşahidəçi qismində tədbirdə iştirak edir.

İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndirilir, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunur

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkiklatın üzvüdür.

Teqlər:

"\u015eu\u015fada \u0130\u018fT-in Nazirl\u0259r \u015euras\u0131n\u0131n 27-ci iclas\u0131 ke\u00e7irilir"

Əlaqəli Xəbərlər