KİV: İsrail ordusu HƏMAS-ın iqtisadiyyat nazirini öldürüb
Redaksiya
İsrail ordusu HƏMAS terror təşkilatının iqtisadiyyat nazirini öldürüb.
"Operativ Media" İsrail KİV-ə istinadən xəbər verir ki, bu gecə İsrail Müdafiə Ordusuna məxsus ttəyyarə HƏMAS terror təşkilatının iqtisadiyyat naziri Cavad Əbu Şamalanın olduğu məntəqəni dəqiq atəş zərbəsi ilə vurub. Nəticədə öz vəzifəsi çərçivəsində təşkilatın maliyyəsini idarə edən və Qəzza zolağının daxilində və xaricində terrorizmin maliyyələşdirilməsi, idarə olunması üçün vəsait ayıran Cavad Əbu Şamal məhv edilib.
O, terror təşkilatında təhlükəsizlik vəzifələrində çalışıb və vəzifəsinin bir hissəsi olaraq İsrail Dövlətində vətəndaşlara zərər vermək olan bir neçə əməliyyata rəhbərlik edib.
Teqlər:
"K\u0130V: \u0130srail ordusu H\u018fMAS-\u0131n iqtisadiyyat nazirini \u00f6ld\u00fcr\u00fcb"