http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib - YENİLƏNİB

10 Oktyabr 2023 , 20:33
Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin gündəliyindəki məsələlərin çox geniş olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından keçən dövr ərzində ikitərəfli münasibətlərimizin həqiqətən müttəfiqlik xarakteri daşıdığını nümayiş etdirdiyini deyib və bunun bütün sahələrdə özünü göstərdiyini vurğulayıb.

Azərbaycan Prezidenti regional təhlükəsizlik, iqtisadi əlaqələr, nəqliyyat və digər sahələrlə bağlı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.

Nikolay Patruşev, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edib.

Dövlətimizin başçısı Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq Rusiyada dövlət səviyyəsində tədbirlərin keçirilməsinə görə minnətdarlığını bildirib.

Qonaq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra əlaqələrimizin daha da genişləndiyini məmnunluqla vurğulayıb.

Görüşdə qlobal və regional məsələlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlətimizin başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib.

Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

*** 19:36

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

OXŞAR XƏBƏRLƏR
Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

İranın 1-ci vitse-prezidenti: "Moskva ilə əməkdaşlıq İranın xarici siyasətinin prioritetlərindən biridir"

İranın 1-ci vitse-prezidenti: "Moskva ilə əməkdaşlıq İranın xarici siyasətinin prioritetlərindən biridir"

XƏBƏR LENTİ
  • 17:19

    Mişustin İran prezidenti ilə danışıqlar aparıb
  • 17:10

    İşğaldan azad edilmiş ərazilərə indiyədək 2235 ailə köçürülüb
  • 17:00

    Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb
  • 16:56

    "Fərdi evlərdə yaşıl enerjidən istifadə, bina evlərinə nisbətən daha əlverişlidir" - EKSPERT
  • 16:43

    Sabiq italyan futbolçu otel otağında ölü tapıldı
  • 16:40

    Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin keçirilməsi qaydası təsdiqlənib
  • 16:37

    Azad edilmiş ərazilərdə daha 330 mina aşkarlanıb
  • 16:35

    Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Menyu