http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanın səhiyyə naziri Özbəkistana gedib

11 Oktyabr 2023 , 09:59
Azərbaycanın səhiyyə naziri Özbəkistana gedib

Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" keçirilir.

"Operativ Media" xəbər verir ki, səfər çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə yaradılmış Heydər Əliyev Meydanını və burada ucaldılmış böyük memorial kompleksini ziyarət ediblər.

Nümayəndə heyəti Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyub, xalqımızın Ümummilli Liderinin əziz xatirəsi ehtiramla yad edilib. Meydan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 21 iyunda Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində açılıb. Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.

Sonra nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyində olub.

Səhiyyə dekadası çərçivəsində Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovun Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ikitərəfli görüşü də keçirilib.
Səmimi mühitdə keçən görüşdə qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri dövlətlərarası dostluğun bariz nümunəsidir.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan Səhiyyə Dekadası çərçivəsində oktyabrın 11-də Özbəkistan-Azərbaycan səhiyyə forumu keçiriləcək. Forum ikitərəfli əməkdaşlığın dərinləşməsi ilə yanaşı, səhiyyə sahəsində təcrübə mübadilələrinin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığın stimullaşdırılması, bu sahəyə əlavə investisiyaların cəlb edilməsi üçün geniş imkanlar yaradacaq.

Dekada çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin özbəkistanlı həmkarları ilə birgə keçirdikləri cərrahi əməliyyatlar, müayinə və müalicə prosedurları yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu tədbir qarşılıqlı əməkdaşlığı yeni müstəviyə keçirməklə, hər iki ölkənin həkimlərinin praktiki biliklərin artırılması və əhalinin sağlamlığının qorunmasında yeni imkanlar yaradacaq.

Görüş zamanı digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi də aparılıb.

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti səhiyyə dekadası çərçivəsində Akademik V.Vahidov adına Respublika İxtisaslaşdırılmış Elmi-Praktiki Cərrahiyyə Mərkəzində olub. Burada Teymur Musayev səhiyyə dekadası çərçivəsində birgə əməliyyat olunan vətəndaşlar və Azərbaycandan gələn həkimlərlə görüş keçirib.

Görüşdə qeyd edilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən səhiyyə dekadası çərçivəsində Özbəkistanın müxtəlif regionlarında yaşayan əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə 100-dən çox birgə cərrahiyyə əməliyyatları icra edilib və müayinələr aparılıb.

Tibbi prosedurlar neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya və oftalmologiya, ağır rekonstruktiv əməliyyatlar kimi sahələri əhatə edib.

Eyni zamanda, Respublika İxtisaslaşmış Göz Mikrocərrahiyyə Mərkəzi, Milli Uşaq Tibb Mərkəzi, Elmi-Praktik Travmatologiya və Ortopediya Mərkəzi və M-klinika ilə tanışlıq baş tutub.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
  • 19:12

    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
  • 19:03

    İsrail tezliklə Livanda quru əməliyyatına başlaya bilər
  • 19:01

    Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu
  • 18:49

    Putin “Crocus City Hall”un iki əməkdaşına fədakarlıqlarına görə təşəkkür edib
  • 18:45

    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
  • 18:35

    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
  • 18:16

    Peskov: Ukrayna Silahlı Qüvvələri xüsusi olaraq hərbi müxbirlərimizi məhv etmək istəyir
Menyu