http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov Cəlil Abbas Cilani ilə görüşüb

11 Oktyabr 2023 , 15:06
Ceyhun Bayramov Cəlil Abbas Cilani ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Cəlil Abbas Cilani ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və hörmətə ədaslanan strateji ikitərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparıb.

İki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bütün istiqamətlərdə, o cümlədən parlament diplomatiyası istiqamətində ali və yüksək səviyyəli səfərlərin, o cümlədən təmasların əhəmiyyəti vurğulanıb.

Həmçinin, Azərbaycan və Pakistan arasında iqtisadiyyat, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın geniş potensialının olduğu diqqətə çatdırılıb.

Görüşdə nazir Ceyhun Bayramov həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edilməsi və qanunsuz rejimin buraxılması məqsədilə həyata keçirdiyi antiterror tədbirləri barədə məlumatlandırıb.

Pakistanlı nazir İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının növbəti iclasının Azərbaycanın Şuşa şəhərində yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Pakistan xarici işlər naziri Cəlil Abbas Cilani Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklədiyini vurğulayıb.

Bu konteksdə, Ermənistanın 30 illik işğalı dövründə, habelə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərilən dəstək yüksək qiymətləndirilib.

Görüşdə nazirlər həmçinin, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
  • 19:12

    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
  • 19:03

    İsrail tezliklə Livanda quru əməliyyatına başlaya bilər
  • 19:01

    Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu
  • 18:49

    Putin “Crocus City Hall”un iki əməkdaşına fədakarlıqlarına görə təşəkkür edib
  • 18:45

    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
  • 18:35

    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
  • 18:16

    Peskov: Ukrayna Silahlı Qüvvələri xüsusi olaraq hərbi müxbirlərimizi məhv etmək istəyir
Menyu