Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də artıq paytaxtda Məktəblilər Sarayında yerləşən seçki məntəqəsində səs verib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 23,37 faiz olduğunu açıqlayıb.
Qeyd edək ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.
***
09:16
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
"Operativ Media"nın xəbərinə görə, ölkədə əsas vəzifə uğrunda hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.
Əksər ekspertlərin fikrincə, indiki seçki kampaniyasının nəticələri intriqa vəd etməsə də, yeni siyasi ənənələrə əsas verə bilər.