20 Noyabr 2022, 09:32
Moskva Tehranla birlikdə PUA istehsalına başlayacaq
Moskva Tehranla birlikdə Rusiya ərazisində yüzlərlə PUA istehsalına başlamaq barədə razılığa gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.
Bildirilib ki, Tehran Ukrayna ilə münaqişədə özünü neytral göstərməyə çalışsa da, İrana məxsus pilotsuz təyyarələrin Ukrayna şəhərləri üzərində peyda olması Avropadan yeni iqtisadi sanksiyalar təhdidinə səbəb olub.
Rəsmilərin dediyinə görə, İran liderləri dronların Rusiyada yığılacağı təqdirdə yeni sanksiyalardan qaça biləcəklərinə ümid edirlər.