Menyu

Türkiyə və Rusiya XİN rəhbərlərinin müavinləri arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Türkiyə və Rusiya XİN rəhbərlərinin müavinləri arasında telefon danışığı olub

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar ilə telefon danışığı aparlb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Telefon danışığı zamanı, Qəzza zolağı ətrafındakı vəziyyət, eləcə də İstanbul razılaşmaları müzakirə edib.

“Qəzza zolağında və ətrafında vəziyyətin inkişafına, həmçinin tezliklə atəşkəs və mülki əhaliyə humanitar yardımın göstərilməsi məqsədləri kontekstində toxunulub”, - bəyanatda deyilir.

Qeyd olunur ki, Verşinin və Açkapar Yaxın Şərqdəki vəziyyətlə yanaşı, beynəlxalq və regional gündəmdə olan bir sıra məsələləri müzakirə ediblər.

“2022-ci il iyulun 22-də bağlanmış İstanbul sazişləri ilə bağlı vəziyyətə xüsusi diqqət yetirilərək, yerli kənd təsərrüfatı məhsullarının ixracının normallaşdırılmasına dair 2025-ci ilə qədər qüvvədə olan Rusiya-BMT memorandumunun icrası ilə bağlı konkret tapşırıqların nəzərdən keçirilməsi vurğulanıb”. 

Teqlər:

"T\u00fcrkiy\u0259 v\u0259 Rusiya X\u0130N r\u0259hb\u0259rl\u0259rinin m\u00fcavinl\u0259ri aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"

Əlaqəli Xəbərlər