20 Noyabr 2022, 12:26
Türkiyə terrorçulara qarşı Nüfuzedici Bombalardan (NEB) istifadə edir
Türkiyə ordusu PKK terorr təşkilatının mövqelərinin darmadağın edilməsində yalnız yerli istehsal olan mərmilərdən istifadə edir.
"Operativ Media" xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, əməliyyatlarda istifadə olunan yerli Nüfuzedici Bombalar (NEB) terrorçuların mağara və sığınacaqlarını məhv edir. F-16 təyyarələri yerin altındakı sığınacaqlardan istifadə edən terorçuları NEB-lərlə məhv edir.
Məlumata görə, tam yerli istehsal olan NEB 2 metr qalınlığında olan beton maneəni məhv edə bilir.