http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Cəlilabadın Göytəpə şəhərinin Baş planının təqdimatı olub - FOTO

12 Oktyabr 2023 , 19:29
Cəlilabadın Göytəpə şəhərinin Baş planının təqdimatı olub - FOTO

Cəlilabad rayonunun Göytəpə şəhərinin Baş planının təqdimatı olub.

"Operativ Media" xəbər verir ki, təqdimatda Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, aparat əməkdaşları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazinin inkişaf şöbəsi müdirinin müavini, Baş planı hazırlayan şirkətin nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini çıxış edərək Cəlilabad rayonunda 2 şəhər, 118 kənd olduğunu və Göytəpəyə 1976-ci ildə şəhər statusunun verildiyini bildirib. Sosial, iqtisadi və demoqrafik quruluş çərçivəsində şəhərin regional yerləşməsi və əlaqələri, əhalisi, iqtisadi və sosial strukturu şəhərin baş planını hazırlayarkən araşdırılır və son nəticədə gələcək regional rol, əhali və iqtisadi struktur planlaşdırma üçün əsas kimi müəyyən edilir. Göytəpə şəhəri ərazisinin müasir istifadə planının, şəhərətrafı ərazinin hazırlanması, ərazinin kompleks qiymətləndirilməsi, nəqliyyat, su təhcizatı və kanalizasiya, yağış kanalizasiya, qaz təhcizatı, istilik təhcizatı, elektrik təhcizatı sxemlərinin kompleks hazırlanması zərurətinin yarandığını və Göytəpə şəhərində görüləcək hər bir işin Baş plana uyğun aparılacağını qeyd edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazinin inkişaf şöbəsi müdirinin müavini qeyd edib ki, Göytəpə şəhərinin Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişinə əsasən dövlət büdcəsi hesabına işlənilib. Tərtib olunan planın yekun layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanıb.

OXŞAR XƏBƏRLƏR
Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

XƏBƏR LENTİ
  • 23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • 22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • 22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • 21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • 21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
  • 21:32

    Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib
  • 21:23

    Polis Berlində Fələstin tərəfdarı olan nümayişçilərin evlərinə basqın edib
  • 21:11

    Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik
Menyu