http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Ersin Tatar: "Türkiyə və Azərbaycanla bağlarımızı qoparmaq mümkün olmayacaq"

12 Oktyabr 2023 , 20:09
Ersin Tatar: "Türkiyə və Azərbaycanla bağlarımızı qoparmaq mümkün olmayacaq"

"Bizim Türkiyə və Azərbaycan ilə bağlarımızı qoparmaq mümkün olmayacaq".

"Operativ Media" xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar şərəfinə verilən rəsmi ziyafətdəki çıxışı zamanı deyib.

"Biz talenin birləşdirdiyi eyni millətin övladları olaraq Türkiyə ilə birlikdə Azərbaycanın yanındayıq. Başqalarının boyunduruğu altında yaşamağa məcbur edilsək də, bizim mübarizəmiz davam edir. Bu gün Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüyük. Bu isə türkdilli dövlətlərin bizə olan dəstəyinin bir nümunəsidir", - E.Tatar bildirib.

O Azərbaycanla Şimali Kipr Türk Respublikası ilə bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün ortaya qoyulan iradədən ötrü Prezident İlham Əliyevə təşəkkür edib.

"Son dövlərdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən olduqca məmnunuq. Bizim həm dildə, həm də fikirdə birgə hərəkət etməyimiz gələcək üçün bir ümid olacaq. Ümid edirəm ki, bundan sonra bütün sahələrdə münasibətlərimiz artan xətlə davam edəcək", - E.Tatar əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

XƏBƏR LENTİ
  • 23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • 23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • 22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • 22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • 21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • 21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
  • 21:32

    Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib
  • 21:23

    Polis Berlində Fələstin tərəfdarı olan nümayişçilərin evlərinə basqın edib
Menyu