http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Bakıda Şimali Kipr Prezidenti Ersin Tatarın şərəfinə rəsmi ziyafət verilib

12 Oktyabr 2023 , 20:45
Bakıda Şimali Kipr Prezidenti Ersin Tatarın şərəfinə rəsmi ziyafət verilib

Bakıda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın şərəfinə rəsmi ziyafət verilib.

"Operativ Media" xəbər verir ki, ziyafətdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatları, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kiprin Bakıdakı nümayəndəsi Ufuk Turqaner, türkiyəli və azərbaycanlı iş adamları, diplomatlar və media nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Daha sonra Şimali Kipr Türk Respublikası ilə əlaqədar tanıtım filmi nümayiş etdirilib.

Ziyafətdə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bildirib ki, Azərbaycanla Şimali Kipr arasında bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün ortaya qoyduğu siyasi iradəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

O, son dövlərdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən məmnunluğunu ifadə edib: “Bizim həm dildə, həm də fikirdə birgə hərəkət etməyimiz gələcək üçün bir ümid olacaq. Ümid edirəm ki, bundan sonra bütün sahələrdə münasibətlərimiz daha da güclənəcək".

Sonda tədbirdə qonaqlara Şimali Kipr Türk Respublikasının milli rəqsləri təqdim olunub.

Qeyd edək ki, E.Tatar Azərbaycanda səfərdədir.

OXŞAR XƏBƏRLƏR
Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

XƏBƏR LENTİ
  • 23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • 22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • 22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • 21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • 21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
  • 21:32

    Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib
  • 21:23

    Polis Berlində Fələstin tərəfdarı olan nümayişçilərin evlərinə basqın edib
  • 21:11

    Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik
Menyu