20 Noyabr 2022, 13:04
TRT: "Ərdoğan hava əməliyyatı əmrini Ballidəki G20 sammitindən qayıdarkən verib"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq və Suriyada hava əməliyyatı əmrini Balidəki G20 sammitindən qayıdarkən verib.
"Operativ Media" xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, hələ təyyarədə olarkən milli müdafiə naziri Hulusi Akar vəziyyətlə bağlı Ərdoğana məruzə edir və ona sənəd verir. Ərdoğan da sənədi dərhal imzalayır.