Rusiya prezidenti Vladimir Putin Bişkekdə Tacikistan lideri Emoməli Rəhmonla görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bir müddət əvvəl jurnalistlərə verdiyi məlumata görə, Rusiya Federasiyası və Tacikistan liderləri danışıqlarda müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışacaq və regional təhlükəsizlik məsələlərinə, ilk növbədə Əfqanıstanla Tacikistan sərhədindəki vəziyyətə toxunacaqlar.
Qeyd edək ki, bu gün MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev də iclasda iştirak edəcək.
Teqlər:
"Putin Bi\u015fkekd\u0259 Tacikistan prezidenti il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"