ABŞ dövlət katibi Entoni Blinken İordaniyanın paytaxtı Əmmanda Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşüb.
"Operativ Media" "WAFA "ya istinadən xəbər verir ki, görüş zamanı Mahmud Abbas Amerika tərəfini Qəzza zolağına humanitar dəhlizlər açmağa çağırıb, həmçinin İsrailin anklav əhalisini köçürmək cəhdlərini tamamilə rədd etdiyini bəyan edib.
“Biz bütün sosial xidmətlərin dayandırılması səbəbindən Qəzza zolağında humanitar fəlakət barədə xəbərdarlıq edirik. Dərhal Qəzza zolağına humanitar dəhlizlər açmaq lazımdır”, - deyə o, bildirib.
Qeyd edək ki, oktyabrın 12-də ABŞ dövlət katibi Antoni Blinken İsrailə gəlib. Onun səfərinin məqsədi amerikalıların da olduğu girovların azad edilməsi məsələsini həll etmək olub. Antoni Blinken Təl-Əvivdə mətbuat konfransı zamanı söz verib ki, Amerika var olduqca İsrail heç vaxt tək qalmayacaq. Bu gün ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantla görüşmək üçün İsrailə gəlib.
Teqlər:
"AB\u015e D\u00f6vl\u0259t katibi F\u0259l\u0259stin lideri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"