Ana səhifə / Siyasət / Qazaxıstanda keçirilən prezident seçkilərində üstünlük Tokayevdədir Qazaxıstanda keçirilən prezident seçkilərində üstünlük Tokayevdədir 20.11.2022, 23:03 Nərmin Qocamanlı Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı Prezident Kasım-Jomart Tokayev 82,45 faiz səslə qalib gəlir. "Operativ Media" xəbər verir ki, bu barədə “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun ekzitpol nəticələrindən məlum olub. Ekzitpol göstəricilərinə əsasən, digər namizədlər - Karakat Abden 2,54 faiz səs, Nurlan Auesbaev 2,17 faiz, Jiquli Dayrabayev 3,33 faiz, Meyram Kajıken 2,23 faiz, Saltanat Tursınbekova 2,08 faiz səs toplayıb. 5,2 faiz seçici isə hamıya qarşı olub.