http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Ersin Tatar Heydər Əliyev Mərkəzi ilə tanış olub

15 Oktyabr 2023 , 16:11
Ersin Tatar Heydər Əliyev Mərkəzi ilə tanış olub

Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 15-də Heydər Əliyev Mərkəzində olub.

"Operativ Media" xəbər verir ki, ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Şimali Kiprin Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbər olduğu dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər – rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Ersin Tatara bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Azərbaycanın qədim musiqi alətləri ilə tanışlıqdan sonra Şimali Kiprin Prezidenti Bakıda və eləcə də Azərbaycanın digər bölgələrində yerləşən və tarixi-memarlıq əhəmiyyətinə malik binaların maketlərinin nümayiş etdirildiyi "Mini Azərbaycan" sərgisində də olub.

Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxışdan sonra Ersin Tatar "Klassik avtomobil sərgisi” ilə də tanış olub.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Heydər Əliyev Mərkəzindən xoş təəssüratla ayrılıb.

OXŞAR XƏBƏRLƏR
Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu