http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Prezident İlham Əliyev: Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, tarixi irsinə hörmət göstərərək qeyd edirik

15 Oktyabr 2023 , 18:21
Prezident İlham Əliyev: Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, tarixi irsinə hörmət göstərərək qeyd edirik

Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik.

"Operativ Media" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən deyib.

Ulu Öndərin yubileyləri ilə bağlı xatirələrini bölüşən dövlətimizin başçısı qeyd edib: “Mən Ulu Öndərin ad gününü (100 illiyini – red.) Şuşada keçirdim. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə, - artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim”.

OXŞAR XƏBƏRLƏR
Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu