Zelenski: Luqansk vilayətində döyüşərək yavaş-yavaş irəliləyirik

Nərmin Qocamanlı
Zelenski: Luqansk vilayətində döyüşərək yavaş-yavaş irəliləyirik

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Luqansk vilayətini Rusiya ordusundan geri almaq üçün yavaş-yavaş irəliləməyə davam etdiklərini bildirib.


"Operativ Media" xəbər verir ki, Zelenski Telegram hesabında paylaşdığı videomüraciətdə Rusiyaya qarşı davam edən müharibənin 270-ci gününə girdiklərini bildirib.

Rusiya qüvvələrinin ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini deyən Zelenski, hazırda ən şiddətli toqquşmaların Donetsk cəbhəsində getdiyini qeyd edib.

Zelenski Rusiyanın hava zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturlarında təmir işlərinin davam etdiyini və ölkənin 15 bölgəsində, xüsusilə də paytaxt Kiyevdə elektrik enerjisinin verilişində problemlər olduğunu bildirib.

Digər xəbərlər