http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş prokuror Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb

16 Oktyabr 2023 , 20:00
Baş prokuror Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb

Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə xalqımızın Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qaldırıldığını qeyd edib.

Həmçinin, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyinə görə bir daha təşəkkürünü bildirib.

Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda həmkarını məlumatlandırıb.

Görüşdə sentyabr ayının 19-da dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal anti-terror tədbirləri və ölkəmizin öz suveren ərazisində konstitusion quruluşun tam bərpa edildiyi, oktyabrın 15-də isə ölkə başçısı tərəfindən Xankəndi daxil olmaqla bir sıra azad olunmuş ərazilərdə dövlət bayrağının ucaldıldığı qürur hissi ilə qarşılandığı xüsusi qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Mehmet Akarca ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı sevincini bölüşüb. Türkiyə Ali Məhkəməsinin sədri Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinin baş tutduğu cari ilin hər iki dövlət üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dialoq zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Rusiya XİN: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”

Rusiya XİN: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir

Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır

Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır

XƏBƏR LENTİ
  • 14:43

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
  • 14:21

    İstanbulda 7 avtomobil toqquşub, xəsarət alanlar var
  • 14:09

    Ərdoğanın ABŞ səfəri niyə təxirə salınıb?
  • 13:56

    Azərbaycanla Dünya İqtisadi Forumu arasında COP29 çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub
  • 13:45

    Mahmud Abbas Fələstini birləşdirmək üçün beynəlxalq konfrans çağırıb
  • 13:28

    Mikayıl Cabbarov Səudiyyə Ərəbistanın energetika naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
  • 13:14

    Dumana görə yollarda görmə məsafəsi məhdudlaşacaq
  • 12:57

    Sabah 30 dərəcə isti olacaq
Menyu