21 Noyabr 2022, 10:40
İranın XİN rəhbəri Ermənistan XİN-nin müavini ilə görüşüb
İranın XİN rəhbəri Ermənistan XİN-nin müavini ilə görüşüb şəkil
İranın XİN rəhbəri Ermənistan XİN-nin müavini ilə görüşüb

Ermənistan Respublikası Xarici İşlər Nazirinin müavini Tehrana səfər çərçivəsində İran Xarici İşlər Naziri Əmir Əbdullahian ilə görüşüb.

"Operativ Media"nın xəbərinə görə, bu barədə İran XİN məlumat yayıb.

Görüşdə Əmir Əbdullahiyan iki dost və qonşu ölkə arasında artan əlaqələrdən məmnunluğunu ifadə edərək, İran İslam Respublikasının Qapanda Baş Konsulluğunun açılmasını iki ölkə üçün praktiki və mühüm addım kimi qiymətləndirib.

Rəsmilər ticarət mübadilələrini artırmaq və iqtisadi əlaqələrdə əlverişli perspektivə nail olmaq istiqamətində hərəkət etmək barədə fikir mübadiləsi aparıblar.

İran XİN rəhbəri bir daha İranın region ölkələrinin suverenliyi və beynəlxalq sərhədlərin dəyişməzliyi ilə bağlı konstruktiv mövqeyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud imkanların və infrastrukturların, əldə olunmuş razılaşmaların tətbiq edilməsi və həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi