http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

16 Oktyabr 2023 , 20:59
Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

6 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Ermənistanın son illər ərzində həyata keçirdiyi hərbi-siyasi təxribatlar, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin törətdiyi təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi anti-terror tədbirlərini şərtlərindirən amillər və tədbirlərindən sonra bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Azərbaycanın erməni sakinləri hədəf almadığı, bunun bölgəyə səfər edən BMT missiyası ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və hətta Ermənistan baş naziri tərəfindən belə təsdiqləndiyini xatırladıb.

Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının, guya erməni sakinlərə qarşı “etnik təmizləmə” həyata keçirildiyi barədə iddiaların əsassız olduğu, bunun Ermənistanın və bəzi ölkələrin siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyi qeyd olunub.

Azərbaycanın erməni sakinlərin reinteqrasiyası istiqamətində planları açıqladığı, bu istiqamətdə işlər həyata keçirildiyi, müvafiq portal vasitəsilə ermənilər tərəfindən daxil olan müraciətlərin nəzərdən keçirildiyi nazir tərəfindən bildirilib.

Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacib olduğu vurğulanıb. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.

Daha sonra, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Rusiya XİN: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”

Rusiya XİN: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir

Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır

Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır

XƏBƏR LENTİ
  • 22:46

    Rusiya XİN: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”
  • 21:48

    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
  • 21:15

    “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
  • 20:50

    Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır
  • 19:56

    Çində tornodo nəticəsində 5 nəfər ölüb
  • 19:10

    Bakı metrosunda ölüm hadisəsi baş verib
  • 18:58

    Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub
  • 18:37

    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
Menyu