21 Noyabr 2022, 11:21
Polşa enerji təhlükəsizliyi üçün kömürdən istifadənin tərəfdarıdır

"Enerji təhlükəsizliyinin əsasını təşkil etdiyi müddətcə kömür hasil etməyə uzun illər davam edəcəyik"
"Operativ Media" xəbər verir ki, bunu Polşa Baş nazirinin müavini Jacek Sasin bildirib.
Cənubi Koreya və ABŞ ilə AES müqavilələrinə də toxunan Sasin bu müqavilələrin Polşanın etibarlı ölkə olduğuna nümunə olduğunu vurğulayıb.
"Uzun illər kömür çıxarmağa davam edəcəyik. nə qədər ki, bu, enerji təhlükəsizliyinin əsasını təşkil edir.Ölkədə kömür paylanması prosesinə yerli özünüidarəetmə orqanları da öz töhfəsini verir"- O, qeyd edib.
Qeyd edək ki, Rusiyadan təbii qaz alışını tamamilə dayandıran Polşanın enerji səbətində kömür mühüm yer tutur.