
"İraq və Suriyanın şimalında apardığımız anti-terror əməliyyatlarını kimin nə deyəcəyi və necə olacağı kimi sualları düşünərək başlatdığımız hərəkat deyil".
"Operariv Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O daha əvvəllər də dediyi kimi, Türkiyə üçün təhdid yaradacaq hər kəsə adekvat cavab verdiklərini və bundan sonra da verəcəklərini açıqlayıb.
Ölkənin cənubunda terrorçuların hələ də qaldığını xatırladan Türkiyə Prezidenti bildirib ki, onlar həm İraq, həm də Suriya tərəfində mövcuddurlar: "Əlbəttə, "bir gecə qəfil gələ bilərik" fikri təsadüfi deyilməyib. Vaxtı çatanda lazım olan addımlar atılır və ötən gün başladılan əməliyyat da bunun təzahürüdür".
Ərdoğan vurğulayıb ki, terrorçuların məhv edilməsi Türkiyənin təhlükəsizlik orqanlarının əsas prioritetidir.