21 Noyabr 2022, 15:06
Ərdoğan Ağ evi sərt tənqid edib
Ərdoğan Ağ evi sərt tənqid edib şəkil
Ərdoğan Ağ evi sərt tənqid edib

“Biz Suriya və İraqdakı yeni əməliyyatlar barədə nə Rusiya Prezidenti Vladimir Putin, nə də ABŞ Prezidenti Cozef Baydenlə danışdıq. Bizim bu regionda hər an oxşar addımları ata biləcəyimizi ikisi də bilir”.

"Operativ Media"  Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan Ağ evi sərt tənqid edib: “Biz NATO daxilində ABŞ-la müttəfiqik. Amma minlərlə nəqliyyat vasitəsini, silahı Suriyadakı terror bölgəsinə aparan ABŞ-dır. Bu, Barak Obamanın hakimiyyəti dövründən başlamış Donald Trampın dövründə də davam etmişdi. Həmin hadisələr, indi, Baydenin hakimiyyəti dövründə də təkrarlanır”.

"Bununla bağlı dəfələrlə həmkarlarıma mövqeyimi çatdırmışam. Əlbəttə, bir söz demirlər. Biz də lazım olanı özümüz elədik, eləməkdəyik, eləməyə davam edəcəyik”, - Türkiyə lideri vurğulayıb.

Son xəbərlər
İsrail Livanda “Hizbullah”ın obyektlərinə zərbələr endirib
ABŞ-də güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb