İngiltərədə 4 yaşlı uşaq video izləyərək iki dil öyrənib

Nərmin Qocamanlı
İngiltərədə 4 yaşlı uşaq video izləyərək iki dil öyrənib

İngiltərədə 4 yaşlı uşaq yutub və televiziya izləyərək ərəb və ispan dillərini öyrənib.


"Operativ Media"nın xəbərinə görə İngiltərənin Reading şəhərində yaşayan hindli ailənin oğlu 4 yaşlı Saaşvat Arun öyrəndiyi dillər və IQ səviyyəsi ilə gündəm olub.


Baş ofisi İngiltərədə yerləşən istedadlı və istedadlılar beynəlxalq təşkilatı Mensa-nın məlumatına görə, 147 IQ-ya malik olan Aroon "YouTube" və televiziyaya baxaraq ispan və ərəb dillərini öyrənib.


Saaşvatın atası Aroon Ramarajen İngiltərə mətbuatına verdiyi açıqlamada oğlunun heç bir təhsil almadığını və evdə hər şeyi təkbaşına öyrəndiyini bildirib.

 

Digər xəbərlər