http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Beynəlxalq konfrans iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

20 Oktyabr 2023 , 17:16
Beynəlxalq konfrans iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

"Operativ Media" xəbər verir ki, müraciəti “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin icraçı direktoru Abbas Abbasov oxuyub.

Müraciətdə deyilir:

“Biz - Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik " mövzusunda keçirilən konfransın iştirakçıları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini yüksək qiymətləndirir və ədalət və azadlıq uğrunda haqlı mübarizəmizə ardıcıl dəstəyinə görə minnətdarlığımızı bildiririk.

Bundan əlavə, biz Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının fundamental prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə sadiqliyini yüksək qiymətləndiririk.

Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təşkilatın fəaliyyətinin genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımları, xüsusən də müstəmləkəçiliyə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayırıq.

Əminik ki, bizim kollektiv və ədalətli mübarizəmiz, eləcə də dünya ictimaiyyətinin bununla bağlı artan tələbi dekolonizasiya ilə bağlı lazımi addımların atılması, təbii hüquq və azadlıqlarımızın təmin olunması ilə nəticələnəcək.

Biz Bakı Təşəbbüs Qrupunun bu ilin iyulunda Bakıda və sentyabrda Nyu-Yorkda təşkil etdiyi tədbirlərin yekun sənədlərində öz əksini tapmış prinsipial mövqeyimizin düzgünlüyünü və aktuallığını bir daha təsdiqləyirik”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

XƏBƏR LENTİ
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
  • 10:38

    ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb
Menyu